"Bayağı mahnı yoxdur, bayağı ifaçı ola bilər" - Müğənni Zemfira

 

Xəbər verdiyimiz kimi, tar ifaçısı Humay Qədimova rəfiqəsi müğənni Zenfira İbrahimovanı bayağılıqda ittiham edib.

"Paralel.az" bizim.media-ya istinadən xəbər verir ki, Humayın ittihamlarına Zenfira "Maqazin plyus" verilişində cavab verib.

Sənətçi tar ifaçısının səsləndirdiyi fikirləri ilə razılaşdığını bildirərək, ona haqq qazandırıb: 

"Bəzi məqamlarda Humayın fikirləri ilə razılaşıram. Muğam ifaçısı olmuşam və muğam ifaları ilə də bu sənətə gəlmişəm. Xalq artisti Alim Qasımovdan dərslər almışam. Bu günün təlabatına uyğun olaraq, belə səpkidə mahnılar ifa etdikdən sonra dərhal məşhurlaşdım. Toy məclislərinə dəvətlər aldım. Rusiya məndən danışmağa başladı. Buna görə də bu mahnıları oxumaqda davam edirəm. Bayağı mahnı yoxdur, bayağı ifaçı ola bilər".

0.0097899436950684