Azərsu ASC-dən işdən çıxarılan qaçqın Prezidentə müraciət etdi

Azərsu ASC-dən işdən çıxarılan qaçqın Prezidentə müraciət etdi
 

Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevə
                                                   Surəti:  Azərbaycan Respublikasının  birinci vitse-prezident Mehriban xanım Əliyevaya

Surəti:  Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə
                                          
Füzuli rayonu Böyük Bəhmənli kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu
Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan
İsmayılov Elnur Mənsur oğlu
tərəfindən
Əlaqə: (050-252-06-06) 
                                                                      Şikayət ərizəsi

Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim!                

Mən bundan əvvəlki müraciətlərimdə AZƏRSU ASC-nin keçmiş sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovun və komandasında yer almış Elçin Şirinovun, Şamil Abdullayevin və Əkbər Nəsirovun ARDNŞ-nin Geologiya və Geofizika idarəsindən 60.000000 (altmış milyon) AZN vəsaiti əlbir olub, mütəşəkkil cinayətkar dəstə şəklində müxtəlif yollarla talan etmələri barədə 2014-cü ildən bu günəcən müddət buraxmadan təkzibedilməz faktlardan ibarət 700 (yeddi yüz) ədəddən çox şikayət ərizələrini Prezident Administrasiyasına göndərmişəm.

Müraciətlərimdə göstərmişəm ki, Faiq Hüseynovun qanunsuz əməllərinə qarşı çıxdığım üçün onun tərəfdən qərəzli şəkildə qanunsuz işdən çıxarılmışam. Bu mütəşəkkil cinayətkar dəstənin korrupsioner əməllərini ifşa etdiyim üçün dəfələrlə Faiq Hüseynovun ölüm təhdidlərinə məruz qalmışam.

Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim!              

Mənim sizə tez-tez müraciət etməkdən başqa əlacım qalmayıb. Ölkədə hər kəs sizin vətəndaşların yaxşı yaşaması üçün gecə-gündüz çalışdığınızı bilir,məhz buna görədə xalqımız hər seçkidə sizə böyük etimad göstərir.Lakin Qorxmaz Hüseynov, qardaşı Faiq Hüseynov və onların havadarları olan böyük məmurlar vəzifələrindən sui-istifadə edərək bizi incidir.
                                          
Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim!

Artıq yeddi ildir ki,mən Azərbaycan Respublikasının Baş Prokuroruluğunun süründürməçilik əməllərindən əziyyət çəkirəm.Belə ki, 2014-cü ilin mart ayından bu günəcən Azərbaycan Respublikasının Baş Prokurorluğuna bu mütəşəkkil cinayətkar dəstənin təkzibedilməz korrupsiya əməlləri haqda yeddi yüzdən çox şikayət ərizəsi göndərmişəm.Bundan əlavə Prezident Administrasiyası da daxil olmaqla başqa instansiyalara göndərdiyim yüzlərlə şikayət ərizələri də Baş Prokurorluğa göndərilmişdir. Baş Prokurorluqdan isə ərizələrim aidiyyatı üzrə müvəqqəti yaşadığım Sabunçu rayon Prokurorluğuna göndərilib.Yeddi il ərzində bir neçə dəfə Sabunçu rayon Prokurorluğuna dəvət olunmuşam,orada izahatım və ərizələrimdə göstərdiyim korrupsiya faktlarına aid sübutlar alınsa da bu mütəşəkkil cinayətkar dəstənin hüquqazidd əməllərinə heç bir hüquqi qiymət vürilməmişdir.  
                                                    
Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim!
              
Dəfələrlə Respublikanın Baş Prokuroru hörmətli Kamran müəllimə mətbuatla və şikayət ərizələri ilə çoxsaylı müraciətlərimdən sonra Sabunçu rayon Prokurorluğuna çağrılıb dindirilsəm də, sonda heç bir nəticə olmamışdır. Sabunçu rayon Prokurorluğu küllü miqdarda korrupsiya faktlarını ört-basdır etməyə çalışır.

Mən isə SOCAR və AZƏRSU ASC-də Qorxmaz Hüseynov və qardaşı Faiq Hüseynovun törətdiyi bütün qanunsuzluqları internet televiziyalarına çıxıb sizə catdıracam. Bu günəcən göstərdiyim korrupsiya faktları ilə bağlı heç bir qərar qəbul etməyib, qəbul edibsə də, bu günəcən bu barədə məni məlumatım yoxdur.

Sabunçu rayon Prokurorluğu göstərdiyim təkzibedilməz korrupsiya faktları haqda nə bir qərar qəbul edir, nə də araşdırmanın yeddi il ləngiməsinin səbəbləri haqda mənə hər hansı bir məlumat vermir. Nəticədə isə mən yeddi ildir ki, işsizəm. Məni işsiz qoyub, dövlətin küllü miqdarda vəsaitini talan edən mütəşəkkil cinayətkar dəstə isə hələ də qanunsuz öz çirkin əməllərini davam etdirirlər.

Belə bir təəssurat yaranır ki Sabunçu rayon Prokurorluğu bu işi yeddi il uzatmaqda, sanki cinayətkarlara xidmət edir.    
        
Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim!    
          
Baş Prokurorluqda aidiyyatı vəzifə tutanlar isə müraciətlərimi cavabsız qoyub, mənə aldadıcı cavablar verirlər, tabeçilikdə olan prokurorluğun qanuna zidd əməllərinə göz yumurlar və ən azından Baş Prokurorluğun 30.07.2020-ci il tarixli kollegiyasında təsdiq olunmuş "işin təşkili qaydaları"nın tələblərinə biganəlik nümayiş etdirirlər.

Bütün bu qanunazidd əməllər barəsində şikayət etdiyim mütəşəkkil cinayətkar dəstəyə himayədarlıq edildiyini düşünməyə əsas verir ki, vaxtında qarşısı alınmazsa, nəticədə mötəbər dövlət qurumunda yeni korrupsiyalaşmış dəstənin "lövbər saldığı" aşkara çıxması ehtimal oluna bilər. İnanıram ki,  zamanı yetişəndə AZƏRSUda yuva salan mütəşəkkil cinayətkar dəstə ifşa olunaraq, layiqli cəzalarını alacaqlar. Əlbəttə, bu sözlər heç də məmnuniyyətlə deyilmir, ancaq həqiqəti deməmək də olmur.     
                                                           
Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim!

Mən uzun illər ərzində özbaşınalıqla məşğul olan, dövlətin əmlakını talayıb oğurlayan, xüsusilə küllü miqdarda dövlət vəsaitini talayan, dövlətin büdcəsinə küllü miqdarda ziyan vurmuş və çirkin əməli bu gün də davam etdirən mütəşəkkil cinayətkar dəstə barədə yeddi yüzdən çox şikayət ərizəsini Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada, baxıb tədbir görmədiyi üçün Sabunçu rayon Prokurorluğunun qanuna zidd əməllərinə hüquqi qiymət verilməsini sizdən xahiş edirəm.

Sonda onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Baş Prokurorluğa bu qanunsuzluqlarla bağlı müraciət etsəm də, bu günəcən müraciətlərim cavabsız qalıb.

Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim.  

Sizin ədalətli mövqeyinizə güvənərək, ümüd edirəm ki, bu şikayətin ədalətli həll olunması üçün əlinizdən gələni köməyi əsirgəməyəcəksiniz!   

Hörmətlə                                            İmza: İsmayılov Elnur         

0.035778045654297