Özünü binadan atan qadının vəziyyəti ağırdır

Özünü binadan atan qadının vəziyyəti ağırdır
 

Paralel.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 1997-ci il təvəllüdlü ananın vəziyyəti çox ağırdı.

"Çox saylı sümük sınığı xəsarəti ilə gətirilib. 2019-cu il təvəllüdlü uşağln vəziyyəti ona nisbətən yaxşıdır. Qol və bud nahiyəsində sınıqlar var. Ancaq vəziyyəti ağır stabildir",-məlumatda bildirilir.

Xatırladaq ki, Bakının Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı iki azyaşlı övladı, 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb.

Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

0.015768051147461