Dəhşətli QƏTL: 26 yaşlı Bayram bacısını niyə öldürdü? - TƏFƏRRÜAT 

Dəhşətli QƏTL: 26 yaşlı Bayram bacısını niyə öldürdü? - TƏFƏRRÜAT 
 

Ağcabədidə 30 yaşlı qadın qətlə yetirilib. Onun qardaşı tərəfindən qətlə yetirildiyi deyilir. 26 yaşlı oğlan polisə gedərək təslim olub.

"Paralel.az" xezerxeber-ə istinadən xəbər verir ki, qardaş bacısını qətlə yetirib. Dəhşətli qətl hadisəsi Ağcabədinin Aran kəndində qeydə alınıb.

Rayonun Aran kəndində  müvəqqəti məskunlaşan Lacin rayonundan olan 30 yaşlı  Lamiyə Abdullayevi qardaşı 26 yaşlı Bayram Xudaverdiyev öldürüb.

Hadisənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı  baş verdiyi bildirilir.

Xudaverdiyevlər ailəsi iddia edir ki, hadisəyə səbəb qadının həyat yoldaşının ailə üzvləri olub. Onlar bu barədə hüquq mühafizə orqanlarına məlumat veriblər.

Qeyd edək qardaşı tərəfindən qətlə yetirilən qadın ailəli olub. Onun  iki azyaşlı övladı var.

Bayram Xudaverdiyev könülü olaraq polisə təslim olub.

Faktla bağlı cinayət işi başlanıb. 

0.018330812454224