Daha bir qazinin intihar etdiyi deyilir
Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 22 yaşlı Əzizov Səlamət Yaşar oğlu bu gün özünü asaraq intihar edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, Səlamət Əzizov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.
Onun 5 gündən sonra – iyulun 23-də 23 yaşı olacaqdı.