Rusiya ordusu Xəzərdən Ukraynaya 6 raket atıb

Rusiya ordusu Xəzərdən Ukraynaya 6 raket atıb
 

Rusiya ordusu son sutkada Xəzər dənizi regionundan Ukraynaya 6 raket atıb.

"Paralel.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Altı ədəd "X-101" (X-555) raketi "Tu-95MS" bombardmançı təyyarədən atılıb.

Saat 16:30 radələrində Dnepropetrovsk vilayətinin Zaporojye şəhərində Hava Hücumundan Müdafiə Bölmələri tərəfindən dörd raket məhv edilib.

Digər ikisi Çerkassı vilayətindəki boş əraziyə düşüb.

0.013359069824219