Britni Spirs tıxac yaratdı

Britni Spirs tıxac yaratdı
 

Britni Spirs idarə etdiyi avtomobillə Kaliforniya yollarının birində təhlükəli vəziyyət yaradıb.

"Patalel.az" oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, sənətçi ağ rəngli "Mercedes"i idarə edib.

Maşının benzini bitdiyi üçün o, yolda qalıb. Ulduzun avtomobili üçüncü zolaqda hərəkəti iflic edib.

Polis müğənniyə maşını yoldan çıxarmağa kömək edib və ona mənəvi dəstək olub. Tezliklə müğənninin əri Sem Əsgəri hadisə yerinə gəlib.

Xanım Spirs hər şeyin yaxşı olduğunu söyləyərək, köməyə görə patrul əməkdaşlarına təşəkkür edib.

0.012587785720825