Prezident: "Bizim əsas məqsədimiz indi qeyri-neft sektorunun daha da inkişafı ilə bağlıdır"

Prezident:
 

Bizim əsas məqsədimiz indi qeyri-neft sektorunun daha da inkişafı ilə bağlıdır.

"Paralel.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki yekun nitqində bildirib.

Dövlət başçısı bildirib:

"Bizim əsas məqsədimiz indi qeyri-neft sektorunun daha da inkişafı ilə bağlıdır. Bütün ilkin şərtlər var. Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Nəhəng neft-qaz layihələri göstərib ki, biz bütün öhdəlikləri yerinə yetiririk. İmzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib. Bu da bizim bölgəmizdə müşahidə olunan mənzərə ilə müqayisədə bir qədər fərqlidir. Ona görə bu, investor üçün əsas şərtlərdən biridir ki, onun investisiyaları nə dərəcədə qorunur və çalışdığı dövlət öz öhdəliklərinə nə dərəcədə sadiqdir. Bu, bizdə var, gözəl investisiya iqlimi var, hazırlıqlı kadr potensialı var. Bu gün artıq bu, reallıqdır və bu istiqamətdə əlavə addımlar atılacaq".

0.088381052017212