Dövlət Komitəsi Lənkəranda döyülən məktəbli ilə bağlı məsələni NƏZARƏTƏ GÖTÜRDÜ

Dövlət Komitəsi Lənkəranda döyülən məktəbli ilə bağlı məsələni NƏZARƏTƏ GÖTÜRDÜ
 

Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın evində döydüyü iddia edilən 9-cu sinif şagirdi ilə bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb. "Paralel.az" xəbər verir ki, bu barədə Bizim.Media-ya komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

Onun sözlərinə görə hadisə mediada yayılan kimi Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət edilib:

“İcra hakimiyyətindən bizə hələki araşdırma getdiyi bildirilib. Yeniyetmənin kim tərəfindən fiziki zorakılığa məruz qalmasından asılı olmayaraq hadisəyə hüquqi qiymət verilməsini tələb edirik”.

Xatırladaq ki, Lənkəran 4 saylı orta məktəbin 9-cu sinif şagirdi Aliyə Camalovanın anası Ləman Camalovanın iddisına görə qızı rayon icra başçısının müavini Rasilə Əliyeva tərəfindən evinə çağırılaraq döyülüb. Başında, üzündə və bədənində ağır travmalar alan yeniyetmə hazırda xəstəxanadadır.

0.017230033874512