Azərenerji”dən əhaliyə XƏBƏRDARLIQ

“Azərenerji”dən əhaliyə XƏBƏRDARLIQ
 

"Paralel.az" Day.Az-a istinadən xəbər verir ki, “Azərenerji” yüksək gərginlikli elektrik verilişi xətləri altında mühafizə zonasında yem, saman, odun yığılması, odun yandırılması, əkin sahələrinin və taxıl sahələri də daxil olmaqla, biçindən sonra yandırılmasının qanunvericiliklə qadağan edilməsi ilə bağlı video xəbərdarlıq hazırlayıb.

“Od yandırmayın, cərgələrin altındakı otlaqlara, tarlalara od vurmayın ki, işığınız, canınız sönməsin!” - videoda deyilir.

Qeyd edək ki, son günlər ölkənin bir çox bölgələrində taxıl sahələrinin biçindən sonra yandırılması halları tez-tez baş verir ki, bu da geniş əraziləri əhatə edən yanğınlara səbəb olur, həmçinin elektrik xətlərinin normal işləməsinə təhlükə yaradır

0.018832921981812