"ƏSGƏRLİKDƏN GİZLƏNİB, 14 İLDİR İCRA BAŞÇISIDIR..." - Ekspertdən ittiham

 

“Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Cabbarov Siraqəddin Nəcəf oğlunu şəxsən tanımıram. Bir dəfə də olsun onunla görüşməmişəm. Bioqrafiyasına baxdım, 30 ildir icrada çalışır, onun 14 ilini başçı vəzifəsindədir”.

Bunu hərbi ekspert Ədalət Verdiyev “Facebook” hesabında yazıb.

O bildirib ki, sözügedən icra başçısı əsgərlikdə də olmayıb: “Ailəsindən də kiminsə 1-ci və 2-ci Qarabağ müharibəsində demirəm, hətta səngərdə xidmət etdiyini düşünmürəm.

Nə qədər ki, Vətənə əsgər kimi xidmət etməyənlər, Vətən uğrunda döyüşməyənlər, Vətənin çətin anında həyatı ilə risk etməkdən çəkinənlər yüksək vəzifələrdə təmsil olunacaqlar, problemlər də bitməyəcək.

Tək bir nümunə gətirim. Müharibə iştirakçısı general-polkovnik Əli Nağıyevin DTX-yə rəis təyin edilməsinə bu ölkədə kimsə etiraz etdimi? Xeyr, etmədi. Nəticəsi də göz qabağındadır”.

Xatırladaq ki, Vətən müharibəsi qazısı Elvin Cəfərov özünü yandıraraq intihar edib. O, intihardan əvvəl yaydığı videoda icra başçından şikayətlənmiş, onu qəbul etmədiyini bildirmişdi. Elvinin yas mərasiminə qatılan başçı isə bütün iddiaların yalan olduğunu demişdi.

"Paralel.az"

0.019675970077515