Kardaşyanlar 600 milyon dollar mənimsəyiblər

Kardaşyanlar 600 milyon dollar mənimsəyiblər
 

Britni Spirs çoxdandır ki, atasının qəyyumluğundan qurtulub, evlənib, hətta bal ayına da gedib. Lakin müğənninin fanatları onun öz pulunu hələ də necə idarə edə bilmədiyini müzakirə edirlər.

"Paralel.az" olay-a istinadən yazır ki, bir neçə gündür "Twitter"də ehtimal nəzəriyyəsini işə salan pərəstişkarlar iddia ediblər ki, Kardaşyan ailəsi Britininin 600 milyon dollarını mənimsəyib.

Spirsin dinləyicilərinin dediyinə görə, bir vaxtlar onun keçmiş meneceri Lu Teylor ifaçının 600 milyon dollar nəğd pulunu götürüb. Amma Teylorun bu məbləği kimə və haraya verməsi isə hələ də sual altındadır.

Pop ulduzun pərəstişkarlarının fikrincə, Lu həmin pulu digər himayədarlarından Kim Kardaşyanın hesabına köçürüb. İndi Teylor məşhur ailənin bütün üzvləri ilə eyni anda əməkdaşlıq edir. İstifadəçilər əmindirlər ki, bu, Kardaşyanların oğurluqda iştirakının əsas sübutudur. Əks halda, Kim Kardaşyan birdən-birə necə yarım milyarddan çox sərvətin sahibi olub? Onların sözlərini dəstəkləmək üçün azarkeşlər hətta faktura və müqavilələrin rəsmi sənədlərini də ortaya çıxarıblar.

 
 
 
0.019721031188965