Suraxanıda təşkil etdilən Qurban Bayramı idarə müdirlərinə "baha" başa gəlib

Suraxanıda təşkil etdilən Qurban Bayramı idarə müdirlərinə
 

Milli birlik, bərabərlik, paylaşım bayramı olan müqəddəs Qurban bayramı Azərbaycanın hər yerində təmtəraqla qeyd edildi.

Adətən, Qurban Bayramında qurbanlar kəsilir, ehtiyacı olan insanlara qurban payı verilir. Ancaq hər il olduğu kimi, bu il də bir sıra rayonlarda Qurban Bayramı lazımınca keçməyib.

Belə rayonlardan biri də paytaxtın Suraxanı rayonudur. Burada Qurban bayramı çox zəif təşkil olunub, iştirakçılar narazı qalıb.

Suraxanı Rayon İcra Hakimiyyətinbaşçısı Əziz Əzizov həmişə olduğu kimi, Qurban bayramında da rayon ərazisində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilat rəhbərlərini tam “səfərbər” edib.

Məlumat verən mənbə bildirir ki, idarə, müəssisə, təşkilat rəhbərləri daim olduğu kimi, bu dəfə də Əziz Əzizovun Qurban bayramı “tapşırığını” mütəşəkkil icra ediblər: “Ümumiyyətlə, Əziz Əzizov Suraxanıya başçı təyin ediləndən sonra bütün tədbirlər məhz idarə, müəssisə və təşkilatların hesabına həyata keçirilir".

Qurban bayramı münasibətilə hər bir idarə rəhbəri bir qoyun, yaxud qoyunun dəyərində pulu Əziz Əzizovun nümayəndəsinə çatdırırlar. İcra başçısı isə idarə rəhbərlərinin pulu hesabına görülən işi öz adına çıxır. Demək olar ki, bütün idarə müdirləri başçının bu çirkin əməlindən boğaza yığılıblar.

Biabırçı faktdır ki, icra başçısı, utanmadan, hətta Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü tədbirini də bu formada, bütün təşkilatlardan yığılan "töyücüsü" hesabına həyata keçib. Axı, bu adam hələ də, dərk etmir ki, o, mərhum Heydər Əliyevin hesabına 20 ildən çoxdur icra başçısı vəzifəsi kürsülərində əyləşib.

Məmurların bizneslə məşğul olması qanunla qadağan olduğu halda, bu tələbi pozaraq, Ə. Əzizov malik olduğu geniş biznes şəbəkəsindən əldə etdiyi milyonları niyə gizlədir, Qurban Bayramını öz hesabına niyə keçirmir?!

Qurban bayramı münasibətilə rayon ərazisindəki şəhid ailələri və qazilərə yardım qutusu paylanıb. Amma ətin keyfiyyəti ailələri qane etməyib. Yaxud qazilərə yardım qutusu veriblər, amma əksər qutunun içərisində ət olmayıb. Köhnə makaron, verməşil, yağ kimə lazımdır?

İcra başçısı özünə rəva bilmədiyi şeyləri niyə şəhid ailəsi və qazilərə rəva bilir"?!

Mənbə iddia edir ki, icra başçısı Suraxanı rayonunun İkinci Qarabağ savaşında şəhidlərinin dəfn, yas və anım günləri mərasimlərini də idarə müdirlərinin hesabına təşkil edib.

Əziz Əzizovun Suraxanıda gördüyü qeyri-qanuni işlər, yaxın adamlarının qoçuluq əməli və başçının rayonda geniş biznesi şəbəkəsi barədə əlimizdə xeyli faktlar və bu barədə araşdırma davam edir, nəticədə geniş yazımız olacaq. 

Mövzu ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.
//KivNews.com//

"Paralel.az"

0.021368026733398