Baş direktor bir qrup Birlik əməkdaşlarını mükafatlandırdı

Baş direktor bir qrup Birlik əməkdaşlarını mükafatlandırdı
 

SOCAR “Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Salyan Regional qaz istismarı İdarəsinin Şirvan xidmət sahəsində olub. Şirvan XS-in inzibati binasında işçilər üçün yaradılan şəraitlə tanış olan baş direktor idarənin kollektivi ilə görüşüb. Qayğıları ilə maraqlanan Birlik rəhbəri onların problemlərinin həll olunması üçün Salyan RQİİ-nin rəhbərliyinə göstəriş verib. Ruslan Əliyev əmək fəaliyyətində fərqlənən çilingər və qaynaqçı peşəsində çalışan 29 əməkdaşa Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edib. Sonda baş direktor kollektivlə xatirə şəkli çəkdirib.

0.025150775909424