Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 

Nizami Gəncəvi mərhəmətli-sosial dövləti, onun iş cədvəlini tanıdır.

-Mərhəmətli dövlətin əsasları bunlardır: 

- dövlət, hakimiyyət, vəzifə, sərvət insan üçündür;- Mərhəmət siyasi dəyərdir - əlaməti sosial dövlətdir;
- Mərhəmət iqtisadi dəyərdir - əlaməti az vergi, qısa iş saatı, çox qazanc, bolluq, ucuzluq, rifahdır;
- Mərhəmət sosial dəyərdir – kimsə möhtac olmayacaq;
- Mərhəmət insani dəyərdir - əsası paylaşmaq, yardımlaşmaq, dəyər vermək, anlamaq, qayğı göstərmək, fədakarlıqdır;
- Mərhəmətin varlığının əlaməti insan haqlarının qorunmasıdır;
- Güclü dövlət mərhəmətli dövlətdir;
- Güclü lider mərhəmətli, ədalətli liderdir;
- Mərhəmət dövlət idarəçiliyinin əsaslarından biridir;
- Mərhəmətli dövlət bağışlamağı sevər;
- Mərhəmət olsa, barış olacaq;
- Mərhəmət, ədalət olmasa, didişmə, bölünmə, nifrət, qarışıqlıq qaçılmazdır;
- Hakimiyyət nemətinin şükrü bunlardır: hər kəsə mərhəmət, hər kəsə ədalət, hər kəsə rifah, hər kəsə güvənlik;
- Mərhəmətli dövlət vətəndaşını kimsəyə möhtac etməz;
Mərhəmətli dövlətin iş ölçüləri bunlardır:
- İnsan iş üçün deyil, iş insan üçündür;
- İş saatı azdır;
- İşçi istismar edilməz;
- Əmək haqqı vaxtında verilər;
- İşçinin qazancı əməyinə, ehtiyacına uyğundur; 
- Günün yarısı iş, yarısı istirahətdir – fərdi, ailəvi inkişafa zaman, əmək, qaynaq ayırmaq imkanı var;
- İşçinin ayrıca istirahət günü olacaq;
- Az işlə, çox qazan ölçüsü  tətbiq ediləcək;
- Dövlət, hakimiyyət, vəzifə, sərvət insanın xidmətçiləridir;   
Mərhəmətli dövlət özəl yardıma ehtiyacı olanları qoruyacaq;    
Bir dövlətdə insan sevgisi, mərhəmət, ədalət olmasa, o dövlət vətəndaşına zülm edər, onu sömürər, dəyərsizləşdirər, əzər, toplumu parçalayar, qorxu altında tutar;
"Paralel.az"

0.029364824295044