Ukraynada daha 100 hektar taxıl zəmisi yandırılıb
Ukraynanın Donetsk vilayətinin Avdeevka rayonu ərazisində Rusiya ordusu və separatçı qüvvələrin artilleriya atəşi nəticəsində bir sıra kəndlərin taxıl zəmiləri yanaraq məhv olub.
"Paralel.az" "Report"a istinadən bildirir ki, Avdeevka rayonunun Uman kəndində artilleriya atəşi nəticəsində 100 hektarlıq taxıl zəmisi yanıb.
Zəminin 50 hektarının sahibi Vitaliy Arnautov bildirib ki, zəmilər 3 kilometr məsafədə yerləşən Rusiya ordusu və separatçı qüvvələrin artilleriya atəşi nəticəsində alovlanıb və söndürmək mümkün olmayıb. O, qeyd edib ki, bölgədə ondan başqa daha bir neçə fermerin taxıl zəmiləri yanaraq məhv olub, bu il məhsulsuz qalıblar.