Ukraynada ABŞ-ın raket sistemləri məhv edildi

Ukraynada ABŞ-ın raket sistemləri məhv edildi
 

Odessa bölgəsindəki Berezan qəsəbəsi yaxınlığında ABŞ istehsalı "Haspoon" gəmi əleyhinə raket atış sistemləri "İsgəndər" yüksək dəqiqlikli raketlərlə məhv edilib.

Paralel.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

Bundan əlavə, o, Donetsk vilayətində Ukrayna ordusunun 30-cu mexanikləşdirilmiş briqadasının və 26 hərbi texnikasının və 180 əsgərin yüksək dəqiqlikli silahla vurulduğunu qeyd edib.

O bildirib ki, son 24 saat ərzində Rusiyanın hava döyüş taktiki bölmələri, raket və artilleriya bölmələri tərəfindən 3 sursat anbarı məhv edilib.

0.036510944366455