Milli Onkoloji Mərkəzdə rəzalət...

Milli Onkoloji Mərkəzdə rəzalət...
 

Bu yazının Milli Onkoloji Mərkəzin xaç atası Cəmil Əliyevin oxuması məsləhət deyil, yayın bu istisində kefinin pozulmasını istəməzdik. Amma və lakin...

Azərbaycanda səhiyyə sisteminin bərbad vəziyyətdə olduğunu, bu sistemə rəhbərlik edənlərdən başqa hamı bilir. Ən yüksək səviyyədə təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən bu dövlət müalicə müəssisələrində insanların «qurbanlıq qoyun kimi» soyulmasını da, buranın idarəçilərindən başqa bir kimsəyə sirr deyil.

Bəlkə onlar da, hər şeyi bilirlər, sadəcə bilməzdən gəlirlər, çünki belə daha sərfəlidir.

Amma dövlət başçımızın himayəsində olduğu iddia olunan bir tibb ocağında bunca rəzalətlə üzləşəcəyimizi əsla gözləməzdik. Məhz bu səbəbdən də, bu faktın ictimaiyyətin müzakirəsinə çıxarmağı vacib bildik.

Milli Onkologiya Mərkəzi ölkəmizdə özünün tibbi və texniki parametrlərinə görə, «ən nümunəvi» tibb müəssisələrindən biri sayılır, eyin zamanda, posientləri soymaq baxımından da, özəl klinikalardan daha irəlidədir. Buna stimul verən amillərdən biri də, bu tibb müəssisəsinin Prezident İlham Əliyevin himayəsində olmasından sui-istifadə olunmasıdır.

 Prezident onkoloji xəstələrin vəziyyətini nəzərə alaraq bu tibb müəssisəsini himayə edir, burada çalışanlar isə öz əməlləri ilə insanların dövlətə və dəvlətçiliyə inamını sarsıdır. 

 Əlqərəz, on gün əvvə bu tibb ocağında müşahidə etdiyim bir faktı diqqətinizə çatdırmaq lstəyirəm. Çünki bu fakt təkcə məni deyil, orada olan hər kəsi şoka saldı. MOM-un poliklinika şöbəsində xəstənin təzyiqini ölçmək üçün aparat tapılmadı, tibb bacısının bir-bir otaqları gəzərək, təzyiqölçən axtarması hamının təəccübünə səbəb oldu.

 Nəhayət, həkim xəstənin sözləri ilə onun təzyiqini «müəyyən» etdi. Bu təəccüb doğuran yox, əksinə ağlamalı, eyni zamanda həm də gülməli bir olaydı (faciə də demək olar, baxır hansı rakusdan müşahidə aparırsan). 

İnandırım sizi ki, bu xəstəxanada gün ərzində ən azından 2-3 milyon manat xəstələrdən pul yığılır.  Həkimin bir xəstə qəbul üçün aldığı pula 3 təzyiqölçən aparat almaq olar. Belə bir rəzalətlə üzləşən xəstəni necə inandırmaq olar ki, o, bu tibb müəssisəsində xəstəliyinə əlac tapacaq.

Bizim dövrümüzdə təzyiqölçən hər bir həkimin simvolu idi, boynunda bu aparatdan olmayana həkim kimi baxmazdılar. İndi isə ölkənin ən böyük və «nüfuzlu» (bu sözü həmin olaydan sonra dırnaqda yazmaq zorunda qaldım) tibb ocağında çalışan həkimlərin heç biri bu cihaza ehtiyac duymur. Bəlkə heç ondan istifadə etməyi də bacarmırlar.

Görün, biz öz sağlamlığımızı kimlərə etibar edirik, millət? 

 Yusif Seyid

 

0.054339170455933