Rusiyanın bir generalı və yüksək rütbəli zabitləri Ukraynada məhv edilib

Rusiyanın bir generalı və yüksək rütbəli zabitləri Ukraynada məhv edilib
 

HİMARS-dan atılan raket nəticəsində iyulun 11-də Rusiya Silahlı Qüvvələrinin 22-ci Ordu Korpusunun (73954 saylı hərbi hissə, Simferopol) qərargah rəisi, general-mayor Nasbulinin və onunla birlikdə bir neçə digər rus komandiri məhv edilib.

Paralel.az ” “ukr.net”ə istinadən xəbər verir ki, Ukrayna ordusu rus ordusuna məxsus komanda məntəqələrini və anbarlarını məhv edir. Belə ki, son bir neçə gün ərzində Xerson vilayətində artilleriya zərbələri nəticəsində diviziya səviyyəli 4-dən çox anbar və 3 komanda məntəqəsi məhv edilib. Adı çəkilən generallar və komandirlər də bu hücumlar zamanı məhv edilib. Hücumlar nəticəsində rus ordusunun 150-dən artıq hərbçi həyatını itirib. 

Verilən xəbərə görə, ölənlər arasında 22-ci Ordu Korpusunun qərargah rəisi (hərbi hissə 73954, Simferopol), general-mayor Nasbulin, 20-ci motoatıcı diviziyasının komandiri (22220 saylı hərbi hissə, Volqoqrad), polkovnik Qorobets, Qərargah rəisi - 20-ci atıcı diviziyanın  komandirinin birinci müavini polkovnik Kens, 20-ci atıcı diviziyanın qərargahının əməliyyat şöbəsinin rəisi, polkovnik-leytenant Koval, 20-ci atıcı diviziyasının artilleriya rəisi polkovnik-leytenant Qordeev ölüb.

"Paralel.az"

0.018661975860596