Aldatma kompaniyaları, yaxud endirim fırıldaqları

Aldatma kompaniyaları, yaxud endirim fırıldaqları
 

Heç kimə sirr deyil ki, Azərbaycanda kasıb əhalini aldatmaq adi hala çevrilib. Elə varlılar da, biri-birini atıb-aldatmaqla, yalanla dövranını başa vurmağa çalışır, bu məmləkətdə.

Bir var ehtiyacdan kimisə aldadasan, bir də var bunu həyat tərzinə çevirəsən. Ölkəmizdə fəaliyyət göstərən bütün xidmət sahələri yalan və atıb-aldatmağı bir növ işlərinin əsas qayəsinə çeviriblər. Ölkəmizdə ən geniş yayılan xidmət sektorlarından biri də, marketlərdir.

Mən ad çəkmək istəmirəm, çünki hər yerdə mövcud olan nöqsanları bir və ya bir neçə ada bağlayanda, onu qərəz kimi qəbul edirlər. Digər tərəfdən biri səni aldadırsa, onun adının Əli yaxud Vəli olması onun əməlinin mahiyyətini dəyişmir.

Bir də görürsən ki, hansısa market böyük «endirim» kompaniyası keçirir. Məsələn, 2x1, yəni iki məhsul alırsan, biri türklər demiş, bədəva. Əslində isə heç bir endirim yoxdur. Blr marketdə 2x1 məhsulu sənə 2 manat 10 qəpiyə təklif olunursa, məlum olur ki, başqa bir marketdə həmin məhsullar tək-tək 65 qəpiyə, yəni 3-ü 1manat 95 qəpiyə satılır. Digər məhsullar da o cümlədə, yəni endirim yox, aldatdım kompaniyası. 

Bu təkcə marketlərə xas xüsusiyyət deyil, bir çox geyim və ayaqqabı maqazaları da eynən bu üsulla kasıb insanları aldatmaqla məğuldurlar. Bu biabırçlılıqların isə sonu görünmür. 

Buna nəzarət etməli olan dövlət qurumlar isə «bazar iqtisadiyyatı sistemində bizim sahibkarların qiymət siyasətinə müdaxilə etmək hüququmuz yoxdur» deyərək yaxalarını kənara çəkirlər. Vətəndaşlar isə müxtəlif kateqoriyadan olan dələduzlarla baş-başa qalırlar.

Ticarət şəbəkələrinin rəhbərləri isə heç bir zaman bu kimi faktları etiraf etmirlər.

Ona görə də, bir çox hallarda «endirim» kompaniyalarından kənarda qalmağın daha sərfəli ola biləcəyini də yaddan çıxarmamaq lazım.  

Yusif Seyid
"Paralel.az"

 

0.014485120773315