Lex Valensanın "daxili üsyan" çağırışına Rusiyadan sərt reaksiya

Lex Valensanın
 

Qərb Ukraynada bu müharibədə qalib gəlsə belə, gələcəkdə Rusiya təhlükəsi bitməyəcək. Ona görə də daha təsirli addımlar barədə düşünməlidir”.

“Paralel.az ” xəbər verir ki, belə bir bəyanatla Polşanın keçmiş prezidenti Lex Valensa çıxış edib.

Onun fikrincə Rusiya təhlükəsindən xilas olmağın yeganə yolu, bu ölkənin parçalanmasından keçir.

“Ona görə də Rusiya daxili üsyanlarla parçalanmalıdır. Rusiya xalqları daxili üsyana başlamalı, NATO-da onları dəstəkləməlidir”, - Valensa qeyd edib.

Rusiyada yarana biləcək daxili üsyanın NATO tərəfindən dəstəklənməsinin lazım olduğunu bildirən Valesa, bu yolla Rusiya əhalisinin 50 milyona endirilə biləcəyini və bununla da Qərb üçün təhlükə olmaqdan çıxacağını iddia edib.

Valensanın bu bəyanatına Rusiyadan sərt reaksiya verilib.

Rusiya Liberal Demokrat Partiyasının lideri və Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski Valensanın bəyanatına belə cavab verib: “NATO və Qərbin Suriya, Liviya, Əfqanıstan və İraqdakı arzuladığı silahlı və qanlı çevrilişlər Rusiyada baş verməyəcək”.

"Paralel.az"

0.017300128936768