"Milyonluq ordu ilə gəlirik" - Ukrayna müdafiə naziri
Biz NATO-nun silah dəstəyi və təxminən bir milyon nəfərlik hərbi qüvvə ilə ölkənin cənubunu geri almağı hədəfləyirik.
“Paralel.az ” xəbər verir ki, belə bir bəyanatla Ukraynanın müdafiə naziri Oleksi Reznikov çıxış edib.
İngiltərənin “Times” nəşrinə danışan Reznikov Ukrayna iqtisadiyyatını xilas etmək üçün ölkənin cənubundakı Qara dəniz sahilindəki rayonların geri alınmasının həyati dərəcədə əhəmiyyətli və vacib olduğunu bildirib.
Ukraynanın əvvəllər sovet dövründən qalma silahlarla kifayətlənmək məcburiyyətində olduğuna diqqət çəkən Reznikov qeyd edib ki, ordunun daha çox dəstəyə ehtiyacı var: “Haubitsa topları ilə keçirdiyimiz hər gün yüzlərlə əsgərimizi itirə bilərik”.
BBC-nin Ukrayna müxbiri Co İnvud bildirib ki, Ukraynanın cənubundakı regionlar və xüsusilə Qara dəniz sahillərinə çıxış nöqtələri uzunmüddətli perspektivdə Rusiya üçün əhəmiyyətli olacaq.
İnvud Ukraynanın cənubdakı müdafiə işlərinin indiyə qədər məhdud olduğunu bildirsə də, hakimiyyətin son vaxtlar işğal altındakı Xerson və Zaporojye şəhərlərini geri almaq istədiklərini ifadə edən açıqlamalar verdiyini söyləyib.
Ukraynanın cənubunda yerləşdirilən qoşunlar son 24 saat ərzində Rusiyanın iki müvəqqəti qərargahının məhv edildiyini bildiriblər.
"Paralel.az"