Qardaşına görə adam öldürdü - Bakıdakı qətlin təfərrüatı - FOTO

Qardaşına görə adam öldürdü - Bakıdakı qətlin təfərrüatı - FOTO
 

Xətai rayonunda baş vermiş qətlin təfərrüatları məlum olub.

Paralel.az xəbər verir ki, Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Hadisədən bir gün sonra 1991-ci il təvəllüdlü Rahib Abdullayev könüllü polisə gələrək təslim olub. Daha sonra isə keçirilən əməliyyat zamanı onun qardaşı 1993- cü il təvəllüdlü Ruslan Abdullayev tanışının evində tutularaq istintaqa təhfil verilib.

İş üzrə dindirilimiş Ruslan Abdullayev bildirib ki,  noyabrın 25-i gecə evə gedərkən qardaşı Rahib zəng edərək onu Neapol dairəsinin yaxınlığına çağırıb. Təxminən 5 dəqiqədən sonra ora çatıb. Yolda bir neçə tanışına da zəng edərək ora gəlmələrini xahiş edib. General Şıxlinski küçəsinə çatanda qardaşı Rahib yaxınlaşıb ona deyib ki, məhəllədə tanışı ilə dayanan zaman bina sakinləri onlara yaxınlaşıb hansı səbəbə görə bura gəldiklərini soruşublar. Aralarında bir neçə nəfər qardaşı ilə kobud danışıb.  Sonradan məlum olub ki, onlar həmin məhəlləyə narkotik maddə almağa gəliblər və elə mübahisədə bi səbəbdən başlayıb.

Ruslan ifadəsinin davamında bildirib ki, o tanışları ilə birlikdə bina sakinlərinə söhbət etmək üçün bir qədər aralayı çəkilməyi təklif edib. Marketin yaxınlığına çatıb onlardan qardaşını kimin vurdugunu soruşub.

"Soruşdum ki, qardaşımı kim vurub burda aralarında iri bədənli İntazam dedi ki, mən vurmuşam. Elə bu zaman qardaşım onu "beşbarmaq"la vurdu üzündən. Sonra kütləvi dava başladı. İntizamn bıçaq çıxarıb qardaşımı vurmaq istəyəndə mən keçdim qabağa cibimdən bıçağı çıxarıb ayağından vurdum. Soram bilmişəm ki, qanaxmadan həmin şəxs ölüb".
Ruslan bildiri ki, müxtəlif vaxtlarda zirzəmilərdə, binaların damında gecələyərək istintaqdan gizlənib. Hadisədən təxminən 1 həftə sonra tanışının evində olan zaman polis əməkdaşları tərəfindən saxlanılıb. 

O, əlavə edib ki, məhrumun ölümü ilə bağlı qardaşının heç bir günahı yoxdu və əməlindən peşmandı.

Təqsirləndirilən Rahib Abdullayev bildirib ki, noyabrın 25-i saat 20:30 radələrində Neapol dairəsinin yanınıda təsadüfən tanışı Valehlə rastlaşıb. Narkotik vasitələrdən istifadə edən Valeh heroin tapmaq üçün ona kömək etməyi xahiş edib. Valeh ona pulunun olmadığını deyəndə Rahib 30 manat pulu olduğunu və özünün də narkotik istifadə etmək istədiyini deyib. Tanışı ilə Şıxlinski küçəsində yerləşən market istiqamətində gediblər. Məqsədləri Vüsal adlı şəxsi tapmaq olub. Binanın qabağına çatıb onu gözləməyə başlayıblar. Təxminən 5-10 dəqiqə sonra bir neçə nəfər yaxınlaşaraq blokun qarşısında niyə dayandıqlarını soruşublar. İntizam adlı oğlan kobud tərzdə Vüsalın yanına gəlib gəlmədiklərini soruşub. Vüsala zəng etmək adı ilə kənara çəkilib qardaşı Ruslana zəng edib 6-7 nəfərin onları burada məcbur saxlayıb qırağa çıxmağa qoymadıqlarını bildirib və həmin yerə çağırıb. Onlar gələndən sonrada mübahisə baş verib. Qaranlıq olduğundan kimin kimə xəsarət yetirməsini görməyib. Qardaşı Ruslan İntizamın ayağına bıçaqla bir dəfə zərbə endirib. Hadisədən sonra "beşbarmaq"ı xatırlamadığı yerə atıb.  Səhərsi gün polisə gələrək təslim olub.

Məhkəmə prosesi zamanı  Ruslan Abdullayevin və qardaşı Rahib itiham üzrə özlərini təqsirli biliblər.

Sonda məhkəmənin hökmü ilə Ruslan Abdullayev 18, Rahib Abdullayev isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

0.084084987640381