Leyla Əliyevanın amalı xalqa, dövlətə və sülhə xidmət etməkdir.

Leyla Əliyevanın amalı xalqa, dövlətə və sülhə xidmət etməkdir.
 

Leyla Əliyevanın rəhbərlik etdiyi bütün layihələr onun fərdi liderlik keyfiyyətləri, məqsədyönlülüyü, iradəsi və zəhmətsevərliyi sayəsində uğur qazanır

Leyla xanım özündə Azərbaycan gənclərinin ən yaxşı keyfiyyətlərini birləşdirir. Leyla xanım o insandır ki, ölkəmizin gələcəyi üçün narahatdır və hər zaman onun çiçəklənməsi naminə çalışır. Leyla xanımın fəaliyyəti müxtəlif sahələri əhatə edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, eyni zamanda, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı və lideri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Rusiyanın Azərbaycan Gənclər Birliyinin (AMOR) sədri, eləcə də “Bakı” jurnalının təsisçisi və baş redaktorudur.

Leyla Əliyevanın gördüyü bütün işlər keyfiyyət və uğur nümunəsinə çevrilir. Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı və mühüm layihələrdən biri “Xocalıya ədalət” kampaniyası olub.

Artıq doqquz ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada – Avropadan Amerikayadək – yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.

Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara diqqət yetirir. Leyla xanım öz ad gününü ənənəvi olaraq qayğı göstərdiyi və yorulmadan köməklik göstərdiyi uşaqların yanında keçirir. Leyla Əliyevanın geniş ictimai fəaliyyəti həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda hər kəsə yaxşı məlumdur.

O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcbur köçkün ailələrinə yardım göstərir.Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir. Onun hər bir layihəsi qayğı və sevgi ilə, xeyirxahlıq arzusu ilə əhatə olunub və bu amillər bir çox insanı Leyla Əliyevanın və onun ideyaları ətrafında birləşdirir.

Leyla Əliyevanın ölkədə və respublikadan kənarda gördüyü işlər, eləcə də, onun şəxsi nüfuzu beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin formalaşmasına da böyük töhfədir. Əldə olunan bu uğurlar isə gələcəkdə daha böyük işlərin görüləcəyinə təminat verir. Çünki Leyla xanım Əliyevanın əsas amalı xalqına və dövlətinə, o cümlədən, bəşəriyyətə, sülhə xidmət etməkdir.

0.025145053863525