İrəvan Türkiyə ilə sərhədi azərbaycanlılar üçün açır?
Türkiyə ilə Ermənistan arasında 3-cü ölkə vətəndaşları və yüklər üçün sərhədlərin açılması razılığı bəzi iddialara yol açıb.
"Paralel.az" axar.az-a istinadən bildirir ki, erməni ekspertlər "3-cü ölkə" deyərkən, Azərbaycanın nəzərdə tutulduğunu bildiriblər.
Türkiyə lideri Ərdoğan və Ermənistan Baş naziri Paşinyan arasında dünənki telefon danışığından sonra aktuallaşan bu iddiaları Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "fərziyyə janrı" adlandırmaqla kifayətlənib.