"Hikmət Hacıyevlə görüşə ümid edirəm" - Armen Qriqoryan
Ermənistan-Azərbaycan münasibətlərinin gündəminin sürətlə irəliləməsi üçün fəaliyyətimizi davam etdiririk.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan PA rəsmisi Hikmət Hacıyevin danışıqlar prosesinin dalana dirənməsi ilə əlaqədar açıqlamasını şərh edərkən deyib.
"Vəziyyəti dalana dirənmiş adlandırmazdım. Sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri səviyyəsində ilk iclasını keçirib, növbəti görüşlər Moskva və Brüsseldə keçirilməlidir. Ümid edirik ki, razılıq əldə olunacaq və yaxın vaxtlarda görüş baş tutacaq", - deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib.
"Mən deməzdim ki, bu, dalana dirənib, çünki delimitasiya ilə bağlı ilk görüş baş nazirin müavinləri səviyyəsində keçirilib və hər iki tərəf bu görüşü müsbət qiymətləndirib. Növbəti görüş Moskvada, daha sonra Brüsseldə keçiriləcək. Ümid edirik ki, görüşlə bağlı razılıq ən qısa zamanda əldə olunacaq. Siz də bilirsiniz ki, baş nazirin müavinləri bu yaxınlarda Sankt-Peterburqda görüşdülər və ümumilikdə öz mövqelərini mümkün qədər yaxınlaşdırmağa çalışdılar. Hesab edirəm ki, bununla bağlı bizdə müsbət impuls və irəli getmək üçün imkanlar var", - A.Qriqoryan bildirib.
Qriqoryan qeyd edib ki, hazırda onun Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşünə hazırlıq müzakirə olunur.
"Biz həmçinin ümid edirik ki, tezliklə sülh sazişini müzakirə etmək üçün əsaslı görüşlər olacaq və biz irəliyə gedəcəyik. İki ölkənin Xarici İşlər Nazirlikləri bu istiqamətdə iş aparır.
"Paralel.az"