4 nəfərdən 16 milyonluq narkotik vasitə tutuldu
Avstraliya polisi 4 nəfərə qarşı narkotiklərin qanunsuz dövriyyəsi ittihamı irəli sürüb.
"Paralel.az" APA-ya istinadən xəbər verir ki, saxlananlar bazar dəyəri 16 milyon dollar olan 16 kq narkotik vasitəni ölkəyə gətirməkdə ittiham olunurlar.
Onlar polisin ötən ay həyata keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıblar. Narkotik vasitələr İsveçrədən gələn yüklərin arasında aşkar edilib.