17 illik həyat yoldaşından boşanır

17 illik həyat yoldaşından boşanır
 

Hələ bir müddət əvvəl "Roma"nın əfsanəvi hücumçusu Françesko Tottinin həyat yoldaşı İlari Blasi ilə boşanmaq qərarına gəldiyi barədə məlumatlar yayılıb. Deyilənlərə görə, Totti xanımına "Roma"nın qadınlardan ibarət komandasının kapitanı Noemi Bokki ilə xəyanət edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bundan sonra cütlük söz-söhbətləri təkzib edib. Lakin indi məlum olub ki, şayiələr həqiqət imiş.

Françesko və İlari iyirmi ildir birlikdədirlər. Onlar 2002-ci ildə diskotekada tanış olublar. 2005-ci ilin iyununda isə toy mərasimi baş tutub. Ötən illər ərzində idmançının üç övladı dünyaya gəlib.

"Paralel.az"

0.01817512512207