15 gün əvvəl evlənən kişi qəzada öldü, arvad yaralandı

15 gün əvvəl evlənən kişi qəzada öldü, arvad yaralandı
 

Qaraməryəm-İsmayıllı yolunda, rayonun Qarakolluq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Paralel.az"-ın APA-ya istinadla xəbərinə görə, betonqarışdıran maşın qarşıdan gələn Göyçay rayonunun Alxasava kənd sakini, 1992-ci il təvəllüdlü Şükran Cəfərovun idarə etdiyi 23-BG-945 dövlət nömrə nişanlı "VAZ-2104" markalı minik avtomobilinə çırpılıb. 
Yük avtomobilinin sürücüsü həmin an nəqliyyat vasitəsini dayandıra bilmədiyi üçün betonla dolu maşın "VAZ-2104"ün üstündən keçərək faciəyə səbəb olub.

Hadisə zamanı minik avtomobilinin sürücüsü Şükran Cəfərov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib, onun həyat yoldaşı yaralandığı üçün xəstəxanaya aparılıb.

 

0.015252113342285