"Fizulinin icra başçısı saxta reklamla məşğuldur" - Aslan Həmidli

 

Müəyyən qurumlar və vəzifəli şəxslər yeni kampaniya başladıblar. Yerə bir qutu qoyurlar, 5 nəfər toplaşır başına. Vətəndaşın qayğısına qalmaq sizin borcunuzdur. Daha 2-3 qutu nəsə paylayıb, 5-10 sayta reklam etmək nəyə lazımdır. Elə o reklam pulunu da vətəndaşlara xərcləyin də. Hardandır bu pullar sizdə?”

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.

“Ölkə başçısı hər müsahibəsində məmurların haqqında ciddi ölçü götürüləcək deməsi belə, Alıyevi əməllərindən çəkindirmir. Hər kəsə məlumdur ki, Füzulidə vəziyyət necədir. Xalq bu insandan boğaza yığılıb. Bu adam özünü rayonun xanı hesab edir. Nə zamana kimi?! Bu vətəndaşlar yazıq deyillərmi? Alı Alıyevdən çəkdikləri azdırmı?! Bu adam ucuz şoulardan istifadə etməklə məşğuldur. Saytlara pul verərək apardığı ucuz şounu təbliğ edir. Bu cür insanların fəaliyyəti araşdırılmalıdır” – A.Həmidli bildirib.

Qeyd: Fotolardan biri 2020-ci ildə çəkilib.

0.073564052581787