ABŞ silahları Rusiya ordusunu çətin vəziyyətə salıb

ABŞ silahları Rusiya ordusunu çətin vəziyyətə salıb
 

Ukraynada iki həftədən az bir müddətdə ABŞ-ın HIMARS reaktiv yaylım atəşi sistemləri düşmənin 20-yə yaxın anbarını məhv edib.

Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

“Belə anbarların dağıdılması Rusiya qoşunları üçün son dərəcə ağırdır və maddi ehtiyatların yığılması ilə bağlı böyük problem yaradır. İndi HIMARS-ların sayı o qədərdir ki, onlara prioritet vəzifələr və məqsədlər qoyulur, yəni bunlar əməliyyat-taktiki səviyyəli anbarlardır, korpus anbarlarıdır, korpusu təchiz edən anbardır”, - deyə A.Arestoviç vurğulayıb.

0.021764039993286