Ebru Şahinlə Cedi Osman evləndilər
Paralel.az xəbər verir ki, dünən Türkiyənin məşhur cütlüyü aktrisa Ebru Şahin və basketbolçu sevgilisi Cedi Osmanın toy mərasimi baş tutub.
Cütlüyün toy mərasimi yaxın dostları və ailəsindən ibarət ümumilikdə 250 qonağın iştirakı ilə Çeşmedə keçirilib.
Toyda diqqət çəkən məqamlardan biri isə "TV-8" kanalının rəhbəri Acun İlıcalının cütlüyün nikah məmuru kimi çıxış etməsi olub.
Qeyd edək ki, gənclər iyulun 1-də Makedoniyada nikah bağlayıblar.
Məşhur cütlüklər- aktrisa Ebru Şahin və basketbolçu Cedi Osmanın toy mərasimində Acun İlıcalının nikah məmuru kimi çıxış etməsi vəkillərin sərt reaksiyasına səbəb olub.
Mövzu ilə bağlı açıqlama verən məşhur hüquqşünas Çilər Nazife Koşar bildirib ki, icazəsiz şəkildə dövlət məmurunun rəsmi paltarını geyinən hər kəsi 3 aydan 1 ilə qədər həbs cəzası gözləyir.
Vəkillər Kollegiyasından verilən açıqlamada qeyd edilib ki, İlıcalının bütün vəkillərdən üzr istənməlidir.
Sözügedən görüntüləri təqdim edirik: