Məscid və məbədlərə verilən qazın həcmi açıqlandı

Məscid və məbədlərə verilən qazın həcmi açıqlandı
 

19:32:32Bu ilin yanvar-iyun ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Azərbaycanda fəaliyyət göstərən 371 məscid və dini məbədə qaz verilib.

Paralel.az xəbər verir ki, bunu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, ötən ilin eyni dövründə qurumun limitlə qazlaşdırdığı məscid və dini məbədlərin sayı 330 olmuşdu. Bir il ərzində “Azəriqaz” əlavə 41 məscid və dini məbədlərə müəyyən olunmuş limitlə qaz verir.

Qeyd edək ki, Azərbaycanda hər bir məscid və dini mədəb üçün 5 min kubmetr təbii qaz təmənnasız olaraq verilir.

 

0.018967866897583