Qurban dəyərlərinin mesajları - V yazı

Qurban dəyərlərinin mesajları - V yazı
 

 

Siracəddin Hacı:

Dördüncü yazımızın sonuncu cümləsi belə idi: qurban ibadəti Allaha mənəvi yaxınlığın, ilahi iradəyə təslimiyyətin ifadəsidir, bu yaxınlıq və təslimiyyət (Onun buyurduğu kimi yaşamaq) insana nə verər? Nemətləri iki bənddə belə sıralaya bilərəm:
a) Allaha yaxın olan bütün pisliklərdən uzaq olar, insanlığını, fitrətini, ilahi təyinatını qoruyar, ağlını vəhyə bağlayar, ağılın qidasının elm, qəlbin qidasının iman, vicdanın qidasının mərhəmət olduğunu bilər, ədalətə, elmə, imana, mərhəmətə yönələr, iradəsinin haqqını verər – doğru olanı seçər, tövhidə bağlanar, nəticədə, azadlığına qovuşar, şirkə bulaşmaz, nəticədə, köləlikdən xilas olar, yer üzünün xəlifəsi seçildiyini anlayar, nəticədə, yer üzündə ədaləti, barışı, mərhəməti, elmi, xeyri çoxaldar, insanları xeyrə çağırar, şərdən uzaqlaşdırar, haram yeməz, rüşvət almaz, verməz, yalan danışmaz, iftira atmaz, təhqir etməz, seçkini saxtalaşdırmaz, xalqın səsini – iradəsini oğurlayaraq deputat olmaz, televiziyaları, qəzetləri, sosial medianı çöplüyə çevirməz, onların imkanlarından xalqı cəhalətdə saxlamaq üçün istifadə etməz, mənəvi terrorist (trol) olmaz, ağlını, vicdanını, iradəsini kirayə verməz, Allaha mənəvi yaxın olan Allahın dinini parçalamaz, satmaz, din taciri, dövlətin din məmuru, dövlətlərin din qiyafəli casusu olmaz, Qurani-Kərimi muzey kitabına çevirməz, Onu ölülərə oxumaz, ölülərə 3,7, 40, Cümə axşamı, Qara bayram keçirməz, şallaqla namaz qıldırmaz, namaz qılmayanı öldürün hökmünü verməz, din, iman polisi olmaz, saqqalı olmayanın dini də yoxdur deməz, məzhəbini, təriqətini, camaatının görüşlərini dinin yerinə qoymaz, məzhəbçilikdən qaçar, xürafələrlə insanların ağlını, vicdanını, iradəsini öldürərək onları sürüləşdirməz, bizim məzhəbdən, təriqətdən, camaatdan olmayan cənnətə girməz deməz, tarixi, rəvayəti, əfsanəni din kimi sırımaz, Allah Rəsulu ölməyib deməz, onun necə yatdığını, yediyini, geyindiyini din zənn etməz, dörd xəlifə qüsursuzdur deməz, hz.Hüseyn olmasa idi, din çökərdi yalanını uydurmaz, özünü dinin sahibi kimi tanıtmaz, şeyxim hər şeyi görür, bilir deyib sayıqlamaz, qadına oxumağı yasaqlamaz, qadın səsi haramdır deməz, qadın kişinin qulluqçusudur hökmünü verməz. Allaha mənəvi yaxın olan insan alim, yazıçı, şair olduğunu iddia edib zülm qarşısında susmaz, yaltaq olmaz, orden, medala görə hər şeyini satmaz, saxta “elmi iş” yazmaz, yetimin, məzlumun, uşağın haqqını yeməz…;
b) Allaha mənəvi yaxınlıq, Ona təslim olmaq ilahi rəhməti cəlb edər, xeyir qapılarını açar, ümid, cəsarət, güc, bərəkət verər, ömrə dəyər qazandırar, insanı ilahi qoruma altında tutar, ilahi rizanı qazandırar, axirət səadətinə qovuşdurar;
Ardı var…
 
PS: TƏŞRİK TƏKBİRLƏRİNİ UNUTMAYAQ. BU, İŞTİRAK, ORTAQ OLMAQ TƏKBİRLƏRİDİR. BİZ BU TƏKBİRLƏRİ SÖYLƏMƏKLƏ HƏCC ZİYARƏTİNDƏ OLANLARA QOŞULMUŞ SAYILIRIQ, ÖZÜMÜZÜ ÜMMƏTİN BİR PARÇASI KİMİ HİSS EDİRİK. Ayın 9-dan (sabah) sübh namazının fərzindən sonra TƏŞRİK TƏKBİRLƏRİ söyləməyə başlayırıq, bu iş bayramın 4-cü günü İkindi namazınadək, fərz namazlarından sonra davam edir (oxunur).  
ALLAHU ƏKBƏR, ALLAHU ƏKBƏR, LA İLAHƏ İLLALLAHU VALLAHU ƏKBƏR. ALLAHU ƏKBƏR VƏ LİLLAHİL- HƏMD.
(ALLAH TƏK BÖYÜKDÜR, ALLAH TƏK BÖYÜKDÜR, ALLAHDAN BAŞQA İLAH YOXDUR, TƏK BÖYÜK ODUR. ALLAH TƏK BÖYÜKDÜR VƏ HƏMD ANCAQ ALLAHADIR)

Paralel.az

0.017446041107178