İran Ermənistana dəstək verdi - Zəngəzur dəhlizinin açılmasını istəmirlər...
Ermənistanın baş naziri Nikol Paşinyan İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Paralel.az" xəbər verir ki, Şamxani İranın regionda geosiyasi vəziyyəti dəyişmək cəhdlərini qəbuledilməz hesab etdiyini vurğulayıb və ölkəsinin dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunması çərçivəsində infrastrukturun blokunun açılması prosesini də dəstəklədiyini bildirib.
Həmsöhbətlər vurğulayıblar ki, Ermənistan-İran əməkdaşlığının müxtəlif istiqamətlərdə inkişafının əsasını iqtisadi əlaqələrin gücləndirilməsi təşkil edir.
Bu kontekstdə Paşinyan və Şamxani ticarət, infrastruktur, enerji, sənaye və digər sektorlarda mövcud əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıblar. Tərəflər həm cari, həm də qarşılıqlı maraq doğuran proqram və layihələri müzakirə ediblər.
Ermənistan Nazirlər Kabinetinin sədri həm prezident Rəisiyə, həm də İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə salamların çatdırılmasını xahiş edib.
Qeyd edək ki, İran rəsmiləri dəfələrlə regionda geosiyasi vəziyyəti dəyişmək cəhdlərini qəbuledilməz hesab etdiyini vurğulayıb, bu kimi bəyanat veriblər.
Bununla da İran rəsmiləri dolayı yolla Azərbaycanla Ermənistan arasında “Zəngəzur dəhlizi”nin açılmasın istəmədiklərini nümayiş etdiriblər. Rəsmi Tehran bu dəhlizi öz varlığına təhlükə hesab edir. İran ondan da ehtiyat edir ki, Türkiyə və Azərbaycan Türk Dünyasını birləşdirmək üçün tarixi Azərbaycan torpağı olan Zəngəzuru Ermənistandan geri ala bilər...
Elə Ermənistan da İranın dediyini bildirir...