Baş direktor şəhid ailəsini ziyarət etdi

Baş direktor şəhid ailəsini ziyarət etdi
 

Paralel.az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Qurban bayramı ərəfəsində şəhid Nurəhməd Ulubəyovun evinə baş çəkərək onun ailəsi ilə görüşüb. Şəhid ailəsini bayram münasibətilə təbrik edən baş direktor şəhidin atası Hacıbəy Ulubəyovla söhbət edərək onların qayğıları ilə maraqlanıb. Söhbət zamanı vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidin əziz xatirəsi yad edilib. Qeyd edək ki, şəhidin atası Hacıbəy Ulubəyov uzun illərdi Birliyin İdarəetmə Aparatında çalışır.

 

0.015976905822754