"Rusiyanın təxribat-kəşfiyyat qrupu darmadağın edilib" - Ukrayna Baş Qərargahı
"Rusiya Silahlı Qüvvələri Vovkivka, Myropillya, Kindrativka və Esman qəsəbələri ərazilərinə helikopterlər vasitəsilə hava zərbələri endirib. Şestakovo yaxınlığında işğalçılar yolları minalayıblar".
"Paralel.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında yazılıb.
Məlumata görə, Slavyan istiqamətində Rusiya ordusu hücuma hazırlaşır: "Dobryanka rayonunda əsgərlərimiz düşmənin təxribat-kəşfiyyat qrupunu, demək olar ki, tamamilə darmadağın edib. Həmçinin təxribat-kəşfiyyat qrupunun ardınca gələn hərbçilərin hücumu dəf edilib".
Qeyd olunub ki, Qara və Azov dənizində düşmən Ukrayna ərazisindəki infrastruktur obyektlərinə raket zərbələri endirmək üçün dörd "Kalibr" dəniz qanadlı raketdaşıyıcısını hazır vəziyyətdə saxlayır: "Raket-artilleriya və aviasiya bölmələrimiz müəyyən olunmuş istiqamətlərdə düşmənin dayaq məntəqələrinə, cəmləşmə məntəqələrinə və anbarlarına zərbələr endirməkdə davam edir".