14 yaşlı qız qardaşından hamilə qaldı - Tuncay həbs olundu

14 yaşlı qız qardaşından hamilə qaldı - Tuncay həbs olundu
 

Türkiyənin Bolu vilayətində qardaşı 14 yaşlı bacısını zorlayıb.

"Paralel.az" Türkiyə mediasına istinadən xəbər verir ki, 25 yaşlı Tuncay Qoray hər axşam içib piyan vəziyyətdə gəlib  və bir gecə otaqda tək yatan 14 yaşlı bacısı Zeynonu zorlayıb.

Bu hadisə bir müddət davam edib. Zeyno qorxduğundan qardaşının onu zorlanması barədə heç kimə deməyib.

Bir neçə aydan sonra anası Zeynonun bədənində dəyişiklik hiss edir və qızının tez-tez ürəkbulanmasından şikayət etdiyinə görə, Zeynonu həkimə aparır.

Həkim qızı müayinə etdikdən sonra anasına qızın hamilə olduğunu bildirir. Zeynonun anası dərhal polisə müraciət edir və polis araşdırmadan sonra Tuncay Qorayı həbs edir.

0.019752025604248