Maska tələbi haçan qüvvəyə minəcək? - mütəxəssis AÇIQLAMASI
"Dünya ölkələri payızda yenidən maska tələbinin qoyulması ilə bağlı müzakirələr aparır”.
"Paralel.az" xəbər verir ki, bunu açıqlamasında infeksionist Nicat Əzimli bildirib. Mütəxəssis payızda yoluxma sayının artma ehtimalı ilə bağlı dünya ölkələrinin indidən hazırlıq gördüyünü qeyd edilir
“Payızda maska tələbinin yenidən qoyulması haqqında da danışılır. Almaniyanın Səhiyyə naziri bu haqda açıqlama verib.
Bunu belə izah edirlər ki, əvvəllər koronavirusla bağlı qərarların gecikməsi səbəbi ilə epidemik, pandemik vəziyyət idarəolunmaz hal aldı. Buna görə də, payızda vəziyyətin daha da pisləşməsini gözləmədən, yenidən maska və digər lazımi tələblərin qoyulması məqsədəuyğun görülür”.
N. Əzimli Azərbaycanda karantin qaydalarının sərtləşdirilməsinə nə dərəcədə ehtiyac olub-olmaması ilə bağlı fikir bildirməyin tez olduğunu deyib:
“Azərbaycanda hazırda vəziyyət qənaətbəxşdir. Payızda da vəziyyət belə olsa, karantinin sərtləşdirilməsinə ehtiyac olmaz. Əks təqdirdə təbii ki, Azərbaycanda da lazımi tədbirlərin görülməsinə ehtiyac ola bilər”.