"Putin silah axtarır" - Jdanov

 

Ukraynaya təcavüzü davam etdirmək üçün rusiyalı diktator Vladimir Putin artıq Mərkəzi Asiya ölkələrindən silah xahiş edir və paralal olaraq, orada özünün təsirini qaytarmaq istəyir.

Bu barədə hərbi ekspert Oleq Jdanov «TV Radio»-ya danışıb.

«Orada böyük ehtiyatlar yoxdur, onların silahı əsasən, sovetlərdən qalmadır, ona görə də Putin elə onu istəyir ki, onları ehtiyatdan çıxartsınlar və ya real saxlancda olanları, hərbi hissələrdə olanları versinlər ki, Rusiya öz ehtiyatını texniki saz silahlarla sürətlə bərpa etsin. Başlıca məsələ bu silahların texniki sazlığıdır. Bu zaman, mən belə başa düşürəm ki, o, bu ölkələrin Rusiya tərəfindən xarici müdaxilədən müdafiəsini təmin etməyə cəhd göstərib» - Jdanov bəyan edib.

Onun sözlərinə görə, Putin Asiyada yerləşən KTMT ölkələrini toplayıb ki, silah tədarükü məsələsini həll etsin.

«Çünki artıq Belarus uzunmüddətli saxlancdan çıxartığı döyüş sursatları, silahlarla təmin edir. İkinci tədbir isə budur - Xəzər hövzəsi ölkələrinin konfransı. Bu, Putinin özünün beynəlxalq səviyyədə legitimləşdirilməsi cəhdidir, göstərmək istəyirlər ki, Rusiya bu gün beynəlxalq siyasətin əhatəsindən kənarda deyil və beynəlxalq səhnədə hansısa təsirə, hansısa rıçaqa malikdir» - o, əlavə edib.

Paralel.az

0.021065950393677