Podolyak: "Sivil cəmiyyətlər  Putinin davranışından yorulmağa başlayıb"

Podolyak:
 

Rusiyanın Ukraynaya tammiqyaslı hərbi təcavüzünün beşinci ayında dünya təcavüzkar ölkə Prezidentinin qaz şantajından və kompleksindən yorulmağa başlayıb.

Bu barədə Ukrayna Prezident Ofisi başçısının müşaviri Mixail Podolyak Tvitterdə bəyan edib.

Onun sözlərinə görə, sivil cəmiyyətlər Rusiya Federasiyası Prezidenti Vladimir Putinin davranışından yorulmağa başlayıb.
«Dünya Ukraynanı dəstəkləməkdən yorulmayıb.

Dünya Rusiyanın qaz şantajından, süni böhranlardan, inflyasiyadan, siyasi qətllərdən, kimyəvi silahdan, terrordan və daimi həyasız yalanlardan yorulub.

O, Putinin şəxsi komplekslərindən yorulub» - Podolyak qeyd edib.

Paralel.az

 

0.01127290725708