Prokuror məhkəmədən sabıq icra başçısına 13 il həbs cəzası istədi

Prokuror məhkəmədən sabıq icra başçısına 13 il həbs cəzası istədi
 

Paralel.az xəbər verir ki, iyulun 1-də İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin məhkəməsi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə keçirilən məhkəmədə prokuror Vilyam Hacıyevə 13 il həbs cəzası istəyib.

O, çıxışında bildirib ki, Vilyam Hacıyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 228 (qanunsuz silah saxlama), 311 (rüşvət alma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı) maddələrilə verilən ittihamlar məhkəmədə sübuta yetirilib.

Prokuror Vilyam Hacıyevin üzərində həbs olan 6.3 milyon manatlıq pul və əmlaklarının müsadirə olunmasını, ona veriləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib. Prosessual qaydalara görə, prokurordan sonra vəkil çıxış etməlidir.

Lakin sabiq icra başçısının vəkili çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Ona iyulun 8-dək vaxt verilib.

0.02219295501709