Zelenski: "Rusiya artıq Ukraynaya 3 minə yaxın raket atıb"

Zelenski:
 

"Rusiya artıq Ukraynaya 3 minə yaxın raket atıb". "Report" UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Norveçin baş naziri Yonas Qahr Stere ilə birgə mətbuat konfransında deyib.

"Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibənin dörd ayında Rusiya artıq 3 minə yaxın raketdən istifadə edib. Rusiyanın hərəkətlərinin bu cür qəddarlığı yalnız tərəfdaşlarımızın Ukraynaya dəstək verməklə bağlı qərarlarının nə qədər düzgün olduğunu vurğulayır. Əvvəla, bu, müdafiə dəstəyidir. Dünyanın heç bir dövləti bu vəziyyətdə tək qalmamalıdır”, - Zelenski bildirib.

Dövlət başçısı onu da xatırladıb ki, iyulun 1-də Rusiya ordusu Odessa vilayətinin Sergeevka kəndindəki adi yaşayış binasına növbəti dəfə amansız raket zərbəsi endirib.

Zelenski əlavə edib ki, 2-si uşaq olmaqla 19 nəfərin öldüyü, 30-dan çox insanın yaralandığı məlumdur.

0.02051305770874