Stoltenberq: "NATO yer üzündə münaqişə tərəfi deyil”

Stoltenberq:
 

NATO Ukraynadakı münaqişənin bilavasitə iştirakçısı deyil və qarşısına Rusiya ilə birbaşa toqquşmanın qarşısını almaq vəzifəsi qoyub, bunun indiki nəticələri ilə müqayisə olunmayacaq zərəri var.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq09:00:00 sammitin yekunlarına dair mətbuat konfransında bildirib.

"Rusiya ilə NATO arasında genişmiqyaslı müharibə olsa, biz daha böyük miqyasda əzab və dağıntılar görəcəyik. Buna görə də NATO-nun iki vəzifəsi var: bunlardan biri Ukraynaya yardım göstərməkdir. Amma biz həmçinin Ukraynanın hüdudlarından kənarda eskalasiyanın qarşısını almağa da məsuliyyət daşıyırıq. Buna görə də NATO yer üzündə münaqişə tərəfi deyil”, - o bildirib.

0.01673698425293