Azərbaycanda "5-ci kolon" xalqın narazılığını gücləndirir

Azərbaycanda
 

Məmurlar sosial-iqtisadi durumu qəsdən ağırlaşdırırlar

Ölkə prezidenti işğaldan azad olunmuş torpaqlarda dirçəlişi təmin etmək Azərbaycan xalqının rifahını yaxşılaşdırmaq üçün hazırda çox ciddi çalışır. Eyni zamanda həm xarici düşmənlərlə mübariz aparır, həm ölkə daxilində bahalaşma yaradan özbaşınalıqlarla xalqa zülm edən məmurlara qarşı ciddi ölçü götürməyə səy göstərir.

Hazırda xalqı narahat edən əsas problem əmək haqqı təqaüdlərin miqdarının azlığı, bu fonda hər gün bazar marketlərdə sürətlə artan qiymətlərdir. Xalqa görə, Azərbaycanda bahalıq yaradan dövlət orqanları arasında ilk yeri Dövlət Gömrük Komitəsi (DGK) tutur. Bu komitənin Azərbaycana xaricdən mal gətirən biznesmen sahibkarlara vurduğu zərbə sonunda eyni təsirlə xalqın başına dəyir.

Ölkə prezidentinin tapşırığı ilə DTX Gömrük Komitəsində vaxtaşırı əməliyyat aparır hər dəfə bir neçə general saxlanılır. Amma DGK rəhbəri Səfər Mehdiyev başına topladığı qohum-əqraba həmkəndliləri ilə çirkin əməlini davam etdirir. "Krışasız" sahibkarları talayır, yüksək vəzifəli himayədarları olan sahibkarların malının gömrükdən kənar keçməsinə şərait yaradır. Məsələn, ölkəyə xaricdən gətirilən dərman preparatlarının digər malların yüksək rütbəli məmurlar himayəsilə qaçaqmalçılıqla ölkəyə gətirilməsindən hamının xəbər var.

Ölkə əhalisi arasında ən çox narazılıq yaradan dövlət orqanlarından biri ƏƏSMN-dir. Bu nazirlik sözün tam mənasında təqaüd, pensiya dövlət yardımı alan insanlara zülm edir. Ölkədə sıravi fəhlədən tutmuş deputatlara qədər hər kəsin tənqid hədəfinə çevrilmiş ƏƏSMN-in həyata keçirdiyi yarıtmaz sosial siyasət hər kəsi qəzəbləndirsə , bu, baş nazirə iqtisadiyyat nazirinə zərrəcə təsir etmir.

DGK ƏƏSMN-in uğursuz fəaliyyəti nəticəsində ölkədə yaranmış bahalıq sosial narazılıq Azərbaycanı hazırda partlamaq ərəfəsində olan qaz balonuna bənzədir. Hər yerdə etiraz, hər tərəfdə narazılıq səsləri eşidilir. Lakin xalqın əksəriyyətinin etirazına səbəb olan məmur özbaşınalığına əncam çəkməli olan hökumət susur acizlik göstərir.

Şəhid ailələrinə, müharibə əlillərinə qazilərə qarşı rüşvətxor, oğlunu müharibədən gizlədən məmurların ədalətsiz hərəkətləri xalqı daha çox qəzəbləndirir.

Ölkədə baş vermiş son narazılıqdan doğan hadisələr təsdiq edir ki, xidmət sahədə çalışan yüksək rütbəli məmurlar "5-ci kolonun" tapşırığı ilə ölkə prezidentinin xalqa yüksək xidmət göstərmək üçün imzaladığı Fərman Sərəncamları, verdiyi tapşırıqları normal yerinə yetirmirlər. Əksinə, həmin sənədlərdən irəli gələn xalqa xidmət haqqında tələblərə əməl etmək əvəzinə, prezidentə yalan məlumatlar verməklə faktiki onun sosial siyasətini sobataj edirlər.

Ermənistanın digər düşmən dövlətlərin Azərbaycandakı uzantıları son zaman çox fəallaşıblar. Ölkədə dövlət çevrilişi etməyə çalışan qüvvələrin mövcudluğu barədə mediada sosial şəbəkələrdə mütəmadi yayılan materiallar, məhz düşmən qüvvələrin fəaliyyətindən xəbər verir.

Dünyada baş verən böhranların Azərbaycanda daha da güclənməsinə çalışan daxili xarici düşmələrin xalqımıza dövlətimizə qarşı törətdikləri çirkin hərəkətlərin qarşısını almaq üçün öncə xalqa qarşı hər cür yaramazlıqlarla məşğul olan daxili düşmənləri- "5-ci kolon" üzvlərini zərərsizləşdirmək ən ümdə vəzifədir.

0.2293689250946