Lavrov Bakıya niyə gəlir?

Lavrov Bakıya niyə gəlir?
 

Siracəddin Hacı:

- Lavrovun Bakı səfərinin səbəblərini doğru qavramaq üçün ölçülər qoymağa ehtiyac var: 1) Rusiya Ukraynanın işğalını bitirməyə, rəsmləşdirməyə çalışır, çox enerji itirir, zəifləyir, beynəlxalq blokadanın təsiri hər gün güclənir, nəticədə, Rusiyanın Güney Qafqazdakı imkanları azalır;

2) Avropa Birliyi yaranmış vəziyyətdən istifadə edərək Güney Qafqazda güclənməyə çalışır, artıq bu bölgədə Rusiyanın güclü alternativi var, rəqabət mübarizəni qızışdırır, Rusiya ciddi narahat olur, təşəbbüsü əldən vermək istəmir;

3) dünyaya çıxışı daralan Rusiyanın Azərbaycana, o sıradan Zəngəzur yoluna ehtiyacı var;

4) bölgədə, o sıradan Azərbaycanda Rusiyanın mənafeyinə uyğun olmayan işlər baş verir: Avropa və Amerikadan Azərbaycana gələn rəsmi nümayəndələrin sayı artır, verilən bəyənatların məzmunu dəyişir, Azərbaycanı təmsil edən Hikmət Hacıyev ABŞ-da yüksək səviyyədə qəbul olunur, Azərbaycanın təhlükəsizliyi üçün təminatlar veriləriləcəyi ilə bağlı sözlər deyilir, Azərbaycan Ukraynaya yardım edir, Avropaya enerji idxalını artırmağa çalışır, “RİA Novosti”nin yayımı dayandırılır, “Sputnik”in müxbirləri ölkədən çıxarılır...;
- Rusiya Güney Qafqazla bağlı tarazlıq siyasətini Azərbaycanın ziyanına pozur, Ermənistanı gücləndirməyə çalışır, bu yolla Azərbaycana təzyiq göstərir, addımlar atır:

1) Lavrov Türkiyəyə, oradan Ermənistana getdi, Azərbaycanı bu marşuruta daxil etmədi, fərq qoydu, əvvəllər iki ölkəyə də eyni vaxtda gedərdi;

2) qondarma soyqırımı abidəsinə gedən Lavrov İrəvanda Azərbaycanı narahat edən mesajlar verdi: Ermənistan bizim tarixi müttəfiqimizdir, onu darda qoymayacağıq, Qarabağ məsələsi həll olunmayıb, Azərbaycanla Ermənistan arasındakı ən ciddi məsələ Dağlıq Qarabağla bağlıdır, Fərrux kəndi ilə bağlı məsələ sərhədlərin müəyyən olunması işinin tərkib hissəsidir; Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə uyğun olaraq Ermənistanla bağlı üzərimizə götürdüyümüz işləri yerinə yetirəcəyik, KTMT Avroatlantik məkanına tarazlıq yaradacaq, Zəngəzur yolunun açılması Ermənistanın suverenliyi çərçivəsində həll olunmalıdır, yəni koridor deyil, yol olacaq;
- Rusiya son bir ayda Ermənistanın mövqeyini gücləndirərək Azərbaycana təzyiq göstərmək üçün bu addımları da atdı: KTMT-yə üzv olan ölkələrin parlamentlərinin sədrləri İrəvana getdilər, Paşinyan onları qəbul etdi, Volodin dedi ki, bizim üçün Qarabağ çox önəmli məsələdir, KTMT-yə daxil olan ölkələrin Xarici İşlər nazirləri İrəvana getdilər, onların arasında bu qurumun rəsmi təmsilçisi olan Stanislav Zac da var idi, Moskva Birjasının sədri Andrey Skabelin dedi ki, Ermənistanın pul vahidi olan dranın satışını təşkil edəcəyik, Rusiya Ermənistanla mədəni əlaqələrini gücləndirmək üçün Beynəlxalq Mədəni Əlaqələr Komitəsinin həmsədri Mixail Şıvıtkovu İrəvana göndərdi, o dedi ki, Qarabağda ermənilərin tarixi, tarixi abidələri var, qorunmalıdır, Rusiya bu işdə əlindən gələn hər yardımı göstərəcək, Rusiya elan etdi ki, Ermənistan MDB-nin Sputnik hərbi hava əlaqələri sisteminə qoşulacaq, Rusiyanın Ermənistandakı səfiri açıqlamalar verdi – Ermənistanın Rusiya üçün önəmi və yeri fərqlidir;
- Bu təzyiqlərə baxmayaraq, Azərbaycan geri addım atmadı, əksinə, “Sputnik” kanalının müxbirlərini ölkədən çıxartdı;
- Rusiya qorxutma siyasətinin nəticə vermədiyini gördü, taktikasını dəyişdi, tarazlıq siyasətinə qayıtdı, əlamətləri bunlardır:

1) Zaxarova Lavrovun Fərrux kəndi ilə bağlı açıqlamalarına düzəliş etdi;

2) Rusiyanın dövlət kanalı erməniləri qıcıqlandıran verliş hazırladı;

3) Rusiya Müdafiə Nazirliyi xəritədən Xankəndi adını çıxartdı (sonra daxil etdi);

4) Putin Lavrovu Bakıya göndərmək qərarına gəldi; 
Lavrov Bakıya bu məqsədlərlə gəlir:

1) Azərbaycanın könlünü alacaq – Azərbaycanla konfliktə girmək bu məqamda ona sərf etmir;

2) Azərbaycanı xəbərdar edir – Güney Qafqaz Rusiyanın təsir məkanıdır;

3) blokadada olan Rusiyanın Zəngəzur yoluna ehtiyacı var;

4) Rusiya Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsi üçün ciddi addımlar atmasa, təşəbbüsü əldən verəcək;

5) Rusiya Azərbaycan vasitəsilə blokadanın təsirini azaltmağa çalışır;

6) Azərbaycanın Avropaya verdiyi enerjinin həcmini artırmasını istəmir; 

Paralel.az

0.013947010040283