Qız özünü binadan atdı
Bakıda qız özünü hündürmərtəbəli binadan atıb.
Paralel.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu Cavadxan küçəsində baş verib. Burada 24 yaşlı Hacıyeva Alvina Elxan qızı yaşadığı binanın 3-cü mərtəbəsindəki evin mətbəx pəncərəsindən özünü ataraq intihar edib.
Onun hansı səbəbdən özünü öldürməsi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.