Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 


İranın gözəl şairi Füruğ Fərruxzaddan tərcümə etdiyim misralar və şərhi:

- Günəşsiz ölkədə yaşayıram, ölkəmdə Günəş ölmüş, işığın cəsarəti qırılmışdır - ədalət, azadlıq, mərhəmət, cəsarət olmayan ölkə Günəşsizdir, Günəş ölsə, kainat, ədalət, azadlıq, mərhəmət, cəsarət ölsə, insanlıq ölər;
- Söyüdlər baltadan mərhəmət gözləyir – cahil məzlumlar zalımların onlara yardım edəcəyinə inanırlar; 
- Qaranlıqda işıq gözləyirik – işıqda olan qaranlıq axtarmaz, qaranlıqda olan işıq axtarar, ehtiyac axtarışa yönəldər, ancaq işıq-xeyir gözləməklə gəlməz, hərəkətlə gələr;
- Allah Elçilərini yıxmaq üçün göndərdi – Elçilər öncə yıxar, sonra tikərlər, zülmü yıxıb yerinə ədalət qoyarlar, işə pislikləri təmizləməklə başla, zülm getməsə, ədalət gəlməz;
- Anam aynada yaşayar – anama çox bənzəyirəm, aynaya baxanda onu görürəm;

Paralel.az

0.013128995895386