İnternat uşaqlarının evlərini satışa qoyan kimdir?

 

İnternat uşaqlarının evlərini satışa qoyan kimdir? 
 

 

Bəlli olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi internatda yetişmiş gənclərə mənzillər paylayıb. Lakin məsələnin problemli tərəfi üzə çıxıb.

Paralel.az reportyor.info-ya istinadla məlumat verir ki, mənzillər kimsəsiz gənclərə verilərkən böyük bir oyunun üstü açılıb. Belə ki, ailə tərkibinin sayından asılı olmayaraq, hər birinə cəmi 40 kvadratlıq mənzillərin bağışlanılması məlum olub. Yəni ailədə 5 nəfər olan da, 2 nəfər olan da həmin 40 kv-lıq mənzildə yaşamağa məhkumdur.

Qeyd edək ki, nazirliyin bu addımı atmasına səbəb  yuxarı kvadratlı, yəni 3-4 otaqlı mənzilləri satışa çıxarmasıdır. 

Şikayət edən vətəndaşların sözlərinə görə, həmin mənzillərin çıxarışları hazırlanıb və satışa qoyulub. Bununla da ƏƏSMN internatda böyümüş gənclərə belə geniş mənzillər verilməsini rəva bilməyib. Konkret desək, onların üzərindən ev alverinə başlayıb. 

Təəssüf ki, məsələ bununla bitmir. Heç demə, ev sahibləri invertarların olmasına qol çəkiblər, onlara deyilib ki, mənzillər mebellə, avadanlıqla təmin olunacaq. Hətta açılış mərasimində Prezident iştirak edərkən də dövlət başçısına məlumat verilib ki, mənzillər avadanlıqla təmin edilib. Lakin bütün bunların maskarad, saxtakarlıq olduğu üzə çıxıb. 

Belə ki, mənzillərdə mebellərin olmasından  söhbət də gedə bilməz. Bu da böyük narazılıq və qalmaqal yaradıb. 

Qeyd edək ki, nazir Sahil Babayevin qazi və şəhid ailələrinə, təqaüdçülərə etdikləri az deyil, hələ  internat uşaqlarına qarşı da  haqsızlığa yol verir. Hətta inventar tələb edənlər arasında bəziləri sutkalıq həbsə də göndərilib.

 Şikayətçilər deyirlər ki, bu məsələlərin başında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov dayanır...

Məsələ ilə bağlı qarşı tərəf də öz mövqeyini söyləyə bilər.

Paralel.az

0.020220994949341