"AZƏRSU" ASC-dən işdən qanunsuz çıxarılan şəxs Prezidentə müraciət etdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə
Füzuli rayonu Böyük Bəhmənli kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu
Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan
İsmayılov Elnur Mənsur oğlu
tərəfindən
Əlaqə: (050-252-06-06)
Şikayət ərizəsi
Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim.
Mən bundan əvvəlki müraciətlərimdə AZƏRSU ASC-nin keçmiş sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovun və komandasında yer almış Elçin Şirinovun, Şamil Abdullayevin və Əkbər Nəsirovun ARDNŞ-nin Geologiya və Geofizika idarəsindən 60.000000 (altmış milyon) AZN vəsaiti əlbir olub, mütəşəkkil cinayətkar dəstə şəklində müxtəlif yollarla talan etmələri barədə 2014-cü ildən bu günəcən müddət buraxmadan təkzibedilməz faktlardan ibarət 700 (yeddi yüz) ədəddən çox şikayət ərizələrini Prezident Administrasiyasına göndərmişəm.
Müraciətlərimdə göstərmişəm ki, Faiq Hüseynovun qanunsuz əməllərinə qarşı çıxdığım üçün onun tərəfdən qərəzli şəkildə qanunsuz işdən çıxarılmışam. Bu mütəşəkkil cinayətkar dəstənin korrupsioner əməllərini ifşa etdiyim üçün dəfələrlə Faiq Hüseynovun ölüm təhdidlərinə məruz qalmışam.
Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim.
Mənim sizə tez-tez müraciət etməkdən başqa əlacım qalmayıb.Ölkədə hər kəs sizin vətəndaşların yaxşı yaşaması üçün gecə-gündüz çalışdığınızı bilir, məhz buna görə də xalqımız hər seçkidə sizə böyük etimad göstərir. Lakin Qorxmaz Hüseynov, qardaşı Faiq Hüseynov və onların havadarları olan böyük məmurlar vəzifələrindən sui-istifadə edərək biz vətəndaşları incidirlər.
Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim!
Artıq yeddi ildir ki,mən Azərbaycan Respublikasının Baş Prokuroruluğunun süründürməçilik əməllərindən əziyyət çəkirəm. Belə ki, 2014-cü ilin mart ayından bu günəcən Azərbaycan Respublikasının Baş Prokurorluğuna bu mütəşəkkil cinayətkar dəstənin təkzibedilməz korrupsiya əməlləri barədə yeddi yüzdən çox şikayət ərizəsi göndərmişəm.
Bundan əlavə, Prezident Administrasiyası da daxil olmaqla başqa instansiyalara göndərdiyim yüzlərlə şikayət ərizələri də Baş Prokurorluğa göndərilmişdir. Baş Prokurorluqdan isə ərizələrim aidiyyatı üzrə müvəqqəti yaşadığım Sabunçu rayon Prokurorluğuna göndərilib. Yeddi il ərzində bir neçə dəfə Sabunçu rayon Prokurorluğuna dəvət olunmuşam, orada izahatım və ərizələrimdə göstərdiyim korrupsiya faktlarına aid sübutlar alınsa da, bu mütəşəkkil cinayətkar dəstənin hüquqazidd əməllərinə hüquqi qiymət hələ də verilməyib.
Hörmətli cənab Prezident!
Dəfələrlə Respublikanın Baş Prokuroru hörmətli Kamran müəllimə mətbuatla və şikayət ərizələri ilə çoxsaylı müraciətlərimdən sonra Sabunçu rayon Prokurorluğuna çağrılıb dindirilsəm də, sonda heç bir nəticə yoxdur. Sabunçu rayon Prokurorluğu küllü miqdarda korrupsiya faktlarını ört-basdır edib.
Mən isə SOCAR və AZƏRSU ASC-də Qorxmaz Hüseynov və qardaşı Faiq Hüseynovu törətdiyi bütün qanunsuzluqları internet televiziyalarına çıxıb sizə catdıracam. Bu günədək göstərdiyim korrupsiya faktları ilə bağlı heç bir qərar qəbul etməyib, qəbul edibsə də, bu barədə mənim məlumatım yoxdur.
Sabunçu rayon Prokurorluğu göstərdiyim təkzibedilməz korrupsiya faktları haqda nə bir qərar qəbul edir, nə də araşdırmanın yeddi il ləngiməsinin səbəbləri haqda mənə hər hansı bir ağlabatan məlumat verir. Nəticədə yeddi ildir işsizəm! Məni işsiz qoyub, dövlətin küllü miqdarda vəsaitini talan edən mütəşəkkil cinayətkar dəstə isə hələ də qanunsuz çirkin əməllərini davam etdirir. Belə bir təsürat yaranır ki, Sabunçu rayon Prokurorluğu bu işi yeddi il uzatmaqda, sanki cinayətkarlara xidmət edir.
Hörmətli cənab Prezident!
Baş Prokurorluqda aidiyyatı vəzifə tutanlar müraciətlərimi cavabsız qoyub mənə aldadıcı cavablar verirlər, tabeçiliyində olan Prokurorluğun qanuna zidd əməllərinə göz yumurlar və ən azından Baş Prokurorluğun 30.07.2020-ci il tarixli kollegiyasında təsdiq olunmuş "işin təşkili qaydaları"nın tələblərinə biganəlik nümayiş etdirirlər. Bütün bu qanunazidd əməllər isə barəsində şikayət etdiyim mütəşəkkil cinayətkar dəstəyə himayədarlıq edildiyini düşünürəm. Bu cinayətin qarşısı vaxtında alınmazsa, nəticədə mötəbər bir dövlət qurumunda fəaliyyət göstərən korrupsioner dəstənin aşkara çıxması çətinləşər.
İnanıram ki, təkzibolunmaz cinayət faktları ilə zəngin olan şikayətim əgər Sizə çatarsa, "SOCAR"-da və "AZƏRSU"-da yuva salmış Qorxmaz və Fariz Hüseynov qardaşlarının rəhbərlik etdiyi bu cinayətkar şəbəkə ifşa olunaraq layiqli cəzalarını alacaqlar. Əlbəttə, bu sözləri heç də həvəslə demirəm, ancaq həqiqəti mütləq demək lazımır.
Hörmətli cənab Prezident!
Mən uzun illər ərzində özbaşınalıqla məşğul olan, dövlətin əmlakını talayıb oğurlayan, xüsusilə küllü miqdarda dövlət vəsaitini talayan, dövlət büdcəsinə küllü miqdarda ziyan vurmağı bu gün də davam etdirən mütəşəkkil cinayətkar dəstə barədə yeddi yüzdən çox şikayət ərizələrimin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada baxılıb tədbir görülməsini, Sabunçu rayon Prokurorluğunun qanuna zidd əməllərinə hüquqi qiymət verilməsini sizdən xahiş edirəm!
Sonda onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Baş Prokurorluğa bu qanunsuzluqlarla bağlı müraciət etsəm də ,bu günəcən müraciətlərim cavabsız qalıb.
Hörmətli cənab Prezident!
Sizin ədalətli mövqeyinizə güvənərək, ümüd edirəm ki, bu cinayət işinin üstünün açılmasına və mənim işimə qayıtmağımın ədalətli həll olunması üçün əlinizdən gələni edəcəksiniz!
.
İmza: İsmayəlov Elnur
07.06.2022